AZ

Lənkəranda iribuynuzlu heyvan 27 yaşlı kişiyə xəsarət yetirdi

Lənkəran rayonunun dağlıq ərazisində yerləşən Köhnə Gəgirdə kəndində iribuynuzlu heyvanın hücumu nəticəsində ev sahibi yaralanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü kənd sakini Ariz Novruz oğlu Rəhmətli ailəsinə məxsus həyətyanı sahədə saxlanılan iribuynuzlu heyvanın hücumuna məruz qalıb.
 

Hadisə nəticəsində onun bədəninin sol bud nahiyəsində deşici yara əmələ gəlib. Zərərçəkən dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi müdaxilə olunub.


Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir və vəziyyətinin sabit olduğu bildirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
0
14
bizim.media

10Mənbələr