AZ

Lənkəranda avtobusdan düşən qadını maşın VURDU - FOTO

Lənkəranda avtomobilin vurduğu qadın Bakıya aparılarkən dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb.

Məlumata əsasən, Ruslan Elşən oğlu Ağayevin idarə etdiyi "Audi" markalı, 99-ST-366 nömrə nişanlı avtomobil avtobusdan düşərək yolu keçmək istəyən Lənkəran rayonunun Xarxatan kənd sakini, 1976-cı il təvəllüdlü Xanım Məhərrəm qızı Nəsirovanı vurub.

Yaralı qadın dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb. Ona başın ənsə nahiyəsində dərin yara və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirərək cərrahiyyə şöbəsinə yerləşdiriblər.

Daha sonra mütəxəssislərin tövsiyəsi ilə o, Bakıdakı xəstəxanalardan birinə aparılmalı olub. Lakin paytaxta aparılarkən yolda vəfat edib. Meyit aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı müvafiq araşdırma davam etdirilir.




Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
0
14
bizim.media

10Mənbələr