AZ

Lənkəranda QƏZA: 49 yaşlı qadın xəsarət aldı

Lənkəran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistral yolunun Şağlaser kəndi yaxınlığında qeydə alınıb.
 

"99-ST-366" dövlət nömrə nişanlı "Audi" markalı avtomobili idarə edən Ruslan Elşən oğlu Ağayev, avtobusdan düşərək yolu qarşı tərəfə keçməyə çalışan 1976-cı il təvəllüdlü Xanım Məhərrəm qızı Nəsirovanı vurub.


Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona başın ənsə nahiyəsində dərin yara və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Vəziyyətinin orta-ağır olduğu bildirilir və o, xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
0
14
bizim.media

10Mənbələr