AZ

Salyanda qəbiristanlıq YANDI


Salyan rayonunda qəbiristanlıq yanıb.
"Gender" “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.
Belə ki, yaxınlıqda olan kol-kosda yanğın başlayıb. Küləkli hava olduğundan alov kənd qəbiristanlığına keçib.
Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq, qəbiristanlıqla birlikdə 5 hektar sahə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
0
10
gender.az

10Mənbələr