Salyan rayonunda qəbiristanlıq yanıb.
Busaat.az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.
Belə ki, yaxınlıqda olan kol-kosda yanğın başlayıb. Küləkli hava olduğundan alov kənd qəbiristanlığına keçib.
Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq, qəbiristanlıqla birlikdə 5 hektar sahə yanıb.
Faktla bağlı araşdırma aparılır.