AZ

Qəbiristanlıq YANDI

Salyan rayonunda qəbiristanlıq yanıb. Ajans.az xəbər verir ki, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb. Belə ki, yaxınlıqda olan kol-kosda yanğın başlayıb. Küləkli hava olduğundan alov kənd qəbiristanlığına keçib. Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq, qəbiristanlıqla birlikdə 5 hektar sahə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
10
Ajans.az

10Mənbələr