AZ

İxracatçılar üçün komissiyasız köçürmə və güzəştli məzənnə üstünlüyü

“Azərbaycan Beynəlxalq Bankı” ASC kiçik və orta sahibkarlığın ixrac potensialını dəstəkləmək məqsədilə “İxraca dəstək” kredit məhsulunu istifadəyə verib.

Finss.az xəbər verir ki, bu məhsul daxili vəsaitlər hesabına təqdim olunur və əsasən istehsal və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərərək məhsullarını xaricə ixrac edən sahibkarlar üçün nəzərdə tutulub. Kreditdən həm mövcud, həm də bankla yeni əməkdaşlığa başlayan müştərilər faydalana bilər.

Maksimal kredit məbləği 1 milyon manat (və ya ekvivalenti xarici valyutada), müddəti isə 60 ayadək müəyyən olunub. Kreditin illik faiz dərəcəsi 12 faizdən başlayır, xidmət haqqı isə 1 faizə qədərdir. Həmçinin, 24 ayadək güzəşt müddəti tətbiq edilir. Kredit üzrə ödənişlər annuitet, differensial, individual və sərbəst qrafiklə həyata keçirilə bilər. Məhsulun üstünlükləri sırasında köçürmələrin kredit məbləği həcmində komissiyasız və güzəştli məzənnə ilə icra olunması da var. Təminat tələb olunan bu məhsul, ixracyönümlü fəaliyyətə çevik maliyyə dəstəyi təqdim edir.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/ixraca-destek-krediti-kredit-xetti

Fuad Mədətov
Finss.az

Seçilən
0
14
fins.az

10Mənbələr