“Azərbaycan Beynəlxalq Bankı” ASC müştərilərə "Tərəfdaşlara anında dəstək" adı altında yeni kredit məhsulu təqdim edir.
Finss.az xəbər verir ki, bu kredit və kredit xətti yerli və ya xarici valyutada qısa müddətli maliyyə ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulub.
ABB bu məhsulu təminatsız və minimal sənəd tələbi ilə təklif edir. Kredit şərtləri isə müştərinin bankdakı hesab dövriyyələrinə əsasən müəyyən olunur. Müştərilər 350 min manatadək məbləğdə kredit vəsaitini 12 ayadək müddətə, illik 12 faizdən başlayan dərəcə ilə əldə edə bilirlər. 100 min manatdan az məbləğlər üçün faiz dərəcəsi milli valyutada 14,5, avro və ABŞ dollarında isə 7,5 faizdən başlayır. 100 min manatdan yuxarı kreditlər üçün bu rəqəmlər müvafiq olaraq 12, 6 və 6 faizdir. Kredit çərçivəsində ayrılan hər bir tranşın geri ödənişi üçün 90 günədək müddət nəzərdə tutulur. ABB-nin təqdim etdiyi bu məhsul, biznes tərəfdaşlarına çevik və sürətli maliyyə dəstəyi imkanı yaradır.
Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-krediti/terefdaslara-aninda-destek-krediti-kredit-xetti
Fuad Mədətov
Finss.az