AZ

İşçilərin maaş xərcləri üçün 350 min manatadək təminatsız kredit

“Azərbaycan Beynəlxalq Bankı” ASC hüquqi şəxslər və fərdi sahibkarlar üçün “Əməkhaqqı layihəsinə dəstək” adlı kredit məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, bu kredit əməkhaqqı layihəsi çərçivəsində xərclərin maliyyələşdirilməsi məqsədilə təklif olunur. Müştərilər bu məhsuldan həm birdəfəlik kredit, həm də kredit xətti formasında, təminatsız şəkildə faydalana bilərlər. Məbləğ 350 min manata qədər, müddət isə 12 ayadək nəzərdə tutulur. İllik faiz dərəcəsi 12 faizdən başlayır, digər banklarla əməkdaşlıq edən müştərilər üçün bu göstərici 14 faizdən, yeni müştərilər üçün isə 15 faizdən başlayır. Kredit üzrə ödənişlər annuitet, proporsional və ya sərbəst qrafiklə həyata keçirilə bilər. Məhsulun əsas üstünlüyü əməkhaqqı fonduna əsasən çevik və sürətli maliyyələşmə imkanı yaratmasıdır.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/emekhaqqi-layihesine-destek-krediti-kredit-xetti

Fuad Mədətov
Finss.az

Seçilən
0
14
fins.az

10Mənbələr