Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, Paşinyan Ermənistan konstitusiyasının dəyişdirilməsi və oradan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı üzərinə heç bir məsuliyyət götürmədi:
“Bu isə, əlbəttə ki, sülhə gedən yolda ciddi maneədir. Azərbaycanın ikinci tələbi ilə bağlı da Paşinyan eyni şeyləri dedi. O qeyd etdi ki, ATƏT-in Minsk qrupunun ləğvi ilə sülh müqaviləsinin imzalanması eyni vaxtda baş verə bilər. Ancaq məsələnin əsl məntiqi ondan ibarətdir ki, yalnız Minsk qrupunun ləğvi sülh üçün imkanlar yarada bilər. Çünki əgər sülh müqaviləsi əvvəlcə imzalansa, Minsk qrupu sonradan ləğv edilməyə də bilər. Buna görə də ilk növbədə Minsk qrupu ləğv edilməlidir. Göründüyü kimi, Paşinyan bu dəfə də məsələni "Paşinyansayağı" şərh etdi və bu şərh yanlışdır”.
Son olaraq deputat bildirib ki, Paşinyan dolayısı ilə etiraf etmiş oldu ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası mövcuddur.

Xatırladaq ki, Albaniyada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
musavat.comŞuşada yallı gedən Paşinyanı sülh mələyinə çevirənlər: ABŞ-da yaşayan jurnalist sərt yazdı ( 17383949)
-
baki-xeber.comAzərbaycan Avropanın vacib tərəfdaşı statusunu daha da bərkitdi - antiazərbaycançı komissarlar uduzdu... ( 17378486)
-
musavat.comPaşinyan revanşistlərə meydan oxudu - “artsax” tamaşasında son pərdə? ( 17365862)
-
ikisahil.azErmənistan reallıqları nə dərəcədə qəbul edib? -Sülh prosesində həlledici mərhələ ( 17361839)
-
moderator.azPaşinyan AXC iddiası ilə dəyişikliyə "yox" dedi: Sülh prosesi yenə düyünlənir – MÜSAHİBƏ ( 17354216)
-
demokrat.azPaşinyan Azərbaycan mediasına nə demək istədi? — Deputat ŞƏRH ETDİ ( 17353403)
-
teleqraf.comPaşinyan AXC iddiası ilə dəyişikliyə "yox" dedi: Sülh prosesi yenə düyünlənir – MÜSAHİBƏ ( 17353334)
-
news24.azPaşinyan İTV-yə müsahibəsində özü-özünü təkzib etdi ( 17341553)
-
musavat.com“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası ( 17334320)
-
referans.azPaşinyan İTV-yə müsahibəsində azərbaycanlılara nəyi “satmaq” istəyirdi? ( 17334221)