AZ

Rubio: ABŞ Tramp-Putin görüşünə danışıqlardan sonra qərar verəcək

ABŞ administrasiyası İstanbulda keçirilməsi planlaşdırılan Ukrayna danışıqlarından sonra ABŞ lideri Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşlə bağlı qərar qəbul edəcək.

Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə sülh danışıqlarında irəliləyişə nail olmağın yeganə yolu Tramp və Putin arasında birbaşa danışıqlar olacaq.

“Düşünürəm ki, prezident Tramp və prezident Putin bu barədə birbaşa danışmayana qədər biz bir irəliləyiş əldə edə bilməyəcəyik”, - o deyib.*APA

 

Seçilən
0
50
musavat.com

10Mənbələr