AZ

Rubio: Tramp və Putin birbaşa danışmayana qədər münaqişənin həllində irəliləyiş olmayacaq

ABŞ administrasiyası İstanbulda keçirilməsi planlaşdırılan Ukraynada sülh danışıqlarından sonra Amerika lideri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşlə bağlı qərar verəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Antalyada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, sülhlə bağlı irəliləyişə nail olmağın yeganə yolu Tramp və Putin arasında birbaşa danışıqlar olacaq: “Tramp və Putin birbaşa danışmayana qədər münaqişənin həllində irəliləyiş əldə ediləcəyini düşünmürəm”.
Seçilən
0
50
sherg.az

10Mənbələr