AZ

Rubio: ABŞ İstanbuldakı Rusiya-Ukrayna danışıqlarına böyük ümid bəsləmir

ABŞ mayın 16-da Türkiyədə keçiriləcək Rusiya-Ukrayna danışıqlarına böyük ümid bəsləmir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio deyib.

Onun fikrincə, Ukraynadakı münaqişənin nizamlanması üçün yeganə yol Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Tramp arasında birbaşa görüşün keçirilməsidir: "Bu mövzunun Tramp və Putin arasında birbaşa müzakirəsi olmadan irəliləyiş gözləmirəm".

Bundan əvvəl Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə dair danışıqlarda irəliləyiş yalnız onun Putinlə şəxsən görüşündən sonra mümkün olacaq.

Seçilən
0
2
report.az

10Mənbələr