AZ

Medinski: “Rusiya danışıqlara hazırdır”

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski sabah İstanbulda keçiriləcək danışıqlarla bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Medinski Rusiya tərəfinin sabah saat 10:00-da (Bakı vaxtı ilə 11:00) Ukrayna nümayəndə heyətini birbaşa və ikitərəfli danışıqlar üçün gözləyəcəyini bildirib. Onun sözlərinə görə, bu görüş heç bir ilkin şərt olmadan baş tutacaq.

Medinski həmçinin danışıqlardan öncə Türkiyənin xarici işlər naziri ilə “çox məhsuldar” görüş keçirdiklərini də qeyd edib.

Toğrul İSMAYIL,
Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr