BAKI, 16 may. TELEQRAF
Rusiya nümayəndə heyəti mayın 16-da səhər saat 10-dan Ukrayna tərəfini gözləyəcək.
Teleqraf xəbər verir ki, bu barədə İstanbulda Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentinin köməkçisi Vladimir Medinski jurnalistlərə açıqlamasında bildirib.
V.Medinski deyib: "Səhər saat 10-dan etibarən görüşə gəlməli olan Ukrayna tərəfini gözləyəcəyik. Biz danışıqlara hazırıq".
Rusiya liderinin köməkçisi ilkin şərt olmadan Ukrayna ilə birbaşa ikitərəfli danışıqlar aparmaq üçün İstanbula gəldiklərini vurğulayıb.