Ukrayna danışıqlarında irəliləyiş üçün yeganə şans Rusiya prezidenti Vladimir Putinlə həmkarı Donald Trampın şəxsi görüşü olaraq qalır.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Rusiya prezidenti Vladimir Putin mayın 11-də gecə çıxışında Ukrayna ilə İstanbul raundundan sonra 2022-ci ilin yazında kəsilən birbaşa danışıqları bərpa etməyi təklif edib. Daha sonra Rusiya liderinin sözlərinə görə, Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və əvvəllər razılaşdırılmış saziş layihəsi Moskvanın iddia etdiyi kimi, Qərb tərəfdaşlarının təzyiqi ilə rədd edilib.