AZ

Rubio: Tramp-Putin görüşünün vaxtı Rusiya-Ukrayna danışıqlarının nəticəsindən asılıdır

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında mümkün görüşün vaxtı mayın 16-da, cümə günü İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqlardan asılı olacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio bildirib.

“Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar zamanı nə baş verəcəyini görəcəyik. Onların nəticələrindən sonra prezidentlər Putin və Tramp arasında mümkün görüşün vaxtını müəyyən edəcəyik”, – o deyib.

Rubio əlavə edib ki, hazırda iki liderin görüşünün tarixləri hələ müəyyən edilməyib və tərəflər iki ölkə liderləri arasında görüşün dəqiq necə təşkil olunacağına qərar verməlidirlər.

Seçilən
0
50
nocomment.az

10Mənbələr