AZ

Hindistan və Pakistan atəşkəsi uzadıb

Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb. 

Demokrat.az xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar bildirib.

Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib.

O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.

Bildirib ki, mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi.

Gərginlik aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmirin Pahalqam bölgəsində mülki şəxslərə hücum edildikdən sonra başlayıb.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
0
14
demokrat.az

10Mənbələr