Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.Bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar bildirib.
Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyini qeyd edib.
“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - deyə nazir açıqlayıb.