AZ

Pakistan elan etdi: Hindistanla mayın 18-dək...

Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.

Publika.az xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar məlumat verib.

Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib. O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.

“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - deyə ölkənin baş nazirinin müavini Pakistan parlamentinin yuxarı palatasına bildirib.

Mayın 12-də "Geo" TV Pakistanın Hindistanın hərəkətlərinə cavab olaraq başlatdığı "Bunyan-un-Marsoos" əməliyyatını dayandırdığını bildirib.
Seçilən
0
2
sherg.az

10Mənbələr