Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar bildirib.
Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib.
“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - deyə ölkənin baş nazirinin müavini Pakistan parlamentinin yuxarı palatasına bildirib.