AZ

Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub

Bakı. Trend:

Unibank, dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıqprinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq, Yaşılİnvestisiya Prinsipləri (Green Investment Principles – GIP)təşəbbüsünə üzv olub.

GIP – maliyyə institutlarının ətraf mühit, sosial və idarəetmə(ESİ) amillərinin qərarvermə proseslərinə inteqrasiya etməsinitəşviq edən beynəlxalq platformadır. Unibank bu üzvlüklə dayanıqlıinkişafa dəstək vermək və yaşıl maliyyə sahəsində beynəlxalqəməkdaşlığı gücləndirmək öhdəliyini bir daha nümayiş etdirir.

Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşovbu barədə bildirib: “Yaşıl İnvestisiya Prinsiplərinə qoşulmağımız,“Unibank”ın dayanıqlı maliyyə və məsuliyyətli bankçılığasadiqliyinin göstəricisidir. Maliyyə sektorunun iqlim və ekolojiçağırışların həllində mühüm rol oynadığına inanırıq və buistiqamətdə beynəlxalq əməkdaşlığa töhfə vermək dayanıqlılıqyanaşmamızın bir hissəsidir.”

GIP üzvü olaraq Unibank aşağıdakı istiqamətlər üzrə fəaliyyətinigücləndirəcək:

  • ESİ meyarlarının investisiya və kredit siyasətinə daxiledilməsi;
  • Dayanıqlılıq üzrə şəffaf hesabatlılığın təmin olunması;
  • Yaşıl maliyyə təşəbbüslərinin təşviqi üçün tərəfdaşlarlaəməkdaşlıq.

Yaşıl İnvestisiya Prinsipləri maliyyə institutlarına dayanıqlıinkişaf məqsədlərini dəstəkləmək və dayanıqlı iqtisadiyyatınformalaşdırılmasına töhfə vermək üçün çərçivə təqdim edir.“Unibank”ın bu təşəbbüsə üzvlüyü, dayanıqlılığın bankın biznesstrategiyasına inteqrasiya edilməsi istiqamətində atılmış proaktivbir addımdır.

Unibank- Sənin Bankın!

Seçilən
0
12
az.trend.az

10Mənbələr