Unibank, dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi
sahəsində növbəti addımını ataraq, Yaşıl İnvestisiya Prinsipləri (Green Investment Principles
– GIP) təşəbbüsünə üzv olub.
GIP – maliyyə institutlarının ətraf mühit, sosial və idarəetmə (ESİ) amillərinin qərarvermə
proseslərinə inteqrasiya etməsini təşviq edən beynəlxalq platformadır. Unibank bu üzvlüklə
dayanıqlı inkişafa dəstək vermək və yaşıl maliyyə sahəsində beynəlxalq əməkdaşlığı
gücləndirmək öhdəliyini bir daha nümayiş etdirir.
Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bu barədə bildirib: “Yaşıl İnvestisiya
Prinsiplərinə qoşulmağımız, “Unibank”ın dayanıqlı maliyyə və məsuliyyətli bankçılığa
sadiqliyinin göstəricisidir. Maliyyə sektorunun iqlim və ekoloji çağırışların həllində mühüm
rol oynadığına inanırıq və bu istiqamətdə beynəlxalq əməkdaşlığa töhfə vermək dayanıqlılıq
yanaşmamızın bir hissəsidir.”
GIP üzvü olaraq Unibank aşağıdakı istiqamətlər üzrə fəaliyyətini gücləndirəcək:
ESİ meyarlarının investisiya və kredit siyasətinə daxil edilməsi;
Dayanıqlılıq üzrə şəffaf hesabatlılığın təmin olunması;
Yaşıl maliyyə təşəbbüslərinin təşviqi üçün tərəfdaşlarla əməkdaşlıq.
Yaşıl İnvestisiya Prinsipləri maliyyə institutlarına dayanıqlı inkişaf məqsədlərini dəstəkləmək
və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına töhfə vermək üçün çərçivə təqdim edir.
“Unibank”ın bu təşəbbüsə üzvlüyü, dayanıqlılığın bankın biznes strategiyasına inteqrasiya
edilməsi istiqamətində atılmış proaktiv bir addımdır.
Unibank- Sənin Bankın!