AZ

Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub

Unibank, dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq, Yaşıl İnvestisiya Prinsipləri (Green Investment Principles – GIP) təşəbbüsünə üzv olub.

GIP – maliyyə institutlarının ətraf mühit, sosial və idarəetmə (ESİ) amillərinin qərarvermə proseslərinə inteqrasiya etməsini təşviq edən beynəlxalq platformadır. Unibank bu üzvlüklə dayanıqlı inkişafa dəstək vermək və yaşıl maliyyə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini bir daha nümayiş etdirir.

Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bu barədə bildirib: “Yaşıl İnvestisiya Prinsiplərinə qoşulmağımız, “Unibank”ın dayanıqlı maliyyə və məsuliyyətli bankçılığa sadiqliyinin göstəricisidir. Maliyyə sektorunun iqlim və ekoloji çağırışların həllində mühüm rol oynadığına inanırıq və bu istiqamətdə beynəlxalq əməkdaşlığa töhfə vermək dayanıqlılıq yanaşmamızın bir hissəsidir.”

GIP üzvü olaraq Unibank aşağıdakı istiqamətlər üzrə fəaliyyətini gücləndirəcək:

Seçilən
0
12
publika.az

10Mənbələr