AZ

Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qatılmayacağını açıqladı...


ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turu çərçivəsində səfərdə olduğu Səudiyyə Ərəbistanında İnvestisiya Forumunda Türkiyədə keçiriləcək Rusiya-Ukrayna sülh danışıqlarına qatılıb-qatılmayacağına dair qərarını açıqlayıb.

Tramp İstanbula getməyəcəyini və onun yerinə ABŞ dövlət katibi Rubionun iştirak edəcəyini deyib: "Rusiya və Ukrayna arasında danışıqların gələn cümə axşamı Türkiyədə olacağı gözlənilir. Ukraynada müharibənin dayandırılmasını istəyirəm... İstanbula getmirəm. Dövlət katibi Mark Rubio oraya gedəcək”.

Ukrayna prezidenti Zelenski isə Ankarada Türkiyə prezidenti Ərdoğanla keçirəcəyi görüş zamanı Putinlə də görüşməyə hazır olduğunu bir daha bəyan edib. "Cənab Ərdoğanla 15-də Ankarada görüşəcəyəm. Putin yalnız İstanbula gəlmək istəsə, Ərdoğanla birlikdə İstanbula uçacağıq. Əsas odur ki, bu görüş baş tutsun", - deyən Zelenski, sülh üçün yekun qərarın ancaq Putin tərəfindən verilə biləcəyini vurğulayıb.

Ukrayna lideri Ərdoğanla Trampı da görüşdə iştirak etməyə çağırdıqlarını deyib.

TAHİR

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr