PKK - nın buraxılması prosesi və sonrakı hadisələr mətbuat tərəfindən aşağıdakı kimi proqnozlaşdırılır.
- PKK üzvləri İraqın Süleymaniyyə və Ərbil şəhərlərində BMT-nin nəzarəti altında silahlarını təhvil verəcəklər.
- Təşkilatın 300-ə yaxın yüksək vəzifəli üzvü Cənubi Afrika və Norveç kimi uzaq ölkələrə göndəriləcək. Onların İran, İraq və Suriyaya girişi qadağan olunacaq.
- Cinayət törətməyən əcnəbi PKK üzvləri qayıda biləcəklər.
- Türkiyə vətəndaşı olan 4000-ə yaxın PKK-çı mərhələli şəkildə Türkiyə hakimiyyətinə təslim olacaq.
- Abdullah Öcalan İmralı adasında qalacaq.
- Mövcud qanunvericiliyə əsasən, təşkilatın yaşlı və xəstə üzvləri azad olunacaqlar. Daha sonra amnistiya qanununa parlamentdə baxılacaq.
- DEM partiyası yenidən təşkil ediləcək, lakin nizamnamə sənədlərində PKK-dan bəhs edilməyəcək.
- Həmçinin PKK ilə əlaqədə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılan bələdiyyə başçılarının bərpası məsələsi də gündəmdə olacaq.
- Təşkilatın fərqli ad altında dirçəliş riskini nəzərə alsaq, Türkiyə uzun müddət bölgədə hərbi varlığını qoruyacaq.
- Suriyaya gəlincə, YPG-nin taleyi Dəməşq hökuməti ilə birgə həll olunacaq: əcnəbi döyüşçülər ölkəni tərk edəcək, qalanlar isə Suriya ordusunun sıralarına inteqrasiya olunacaq.
Bütün prosesin ABŞ və Fransa kimi xarici qarant dövlətlərin iştirakı olmadan müstəsna olaraq Türkiyə daxilində həyata keçiriləcəyi ayrıca vurğulanır. Yaxşı xəbərdir. Gözləyək proseslərin ardını. Çünki qruplaşmanın sözün həqiqi mənasında buraxmasına zaman və ardıcıl iş lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31