BAKI, 13 may. TELEQRAF
Salyan rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Salyan rayonunun Aşağı Noxudlu kəndində ümumi sahəsi 48 m² olan yardımçı tikilinin yanar konstruksiyaları 32 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.