Rusiyanın Sənaye və Ticarət Nazirliyi 2025-ci ildə Azərbaycanda sənaye parkının fəaliyyətə başlamasına ümid edir.
Ulusal.az xəbər verir ki, bu barədə Daşkənddə keçirilən “İnnoprom. Mərkəzi Asiya” beynəlxalq sərgisi çərçivəsində dövlət katibi – Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Roman Çekuşov TASS-a müsahibəsində bildirib.
“Bu il Azərbaycanda, Sumqayıt şəhərində sənaye parkının istifadəyə verilməsinə ümid edirik. Bu, azərbaycanlı tərəfdaşlarımızla birgə layihənin ilk təcrübəsidir. Əminik ki, bu, Rusiya müəssisələri tərəfindən də tələb olunacaq”.publika.az