AZ

Rusiyanın Azərbaycanla bağlı planı: 2025-ci ildə Sumqayıtda reallaşacağını gözləyirlər

Rusiyanın Sənaye və Ticarət Nazirliyi 2025-ci ildə Azərbaycanda sənaye parkının fəaliyyətə başlamasına ümid edir.

Publika.az xəbər verir ki, bu barədə Daşkənddə keçirilən "İnnoprom. Mərkəzi Asiya" beynəlxalq sərgisi çərçivəsində dövlət katibi - Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Roman Çekuşov TASS-a müsahibəsində bildirib.

"Bu il Azərbaycanda, Sumqayıt şəhərində sənaye parkının istifadəyə verilməsinə ümid edirik. Bu, azərbaycanlı tərəfdaşlarımızla birgə layihənin ilk təcrübəsidir. Əminik ki, bu, Rusiya müəssisələri tərəfindən də tələb olunacaq".

Seçilən
0
3
publika.az

7Mənbələr