AZ

Rusiya Sumqayıtda sənaye parkı açır

Rusiyanın Sənaye və Ticarət Nazirliyi 2025-ci ildə Azərbaycanda sənaye parkının fəaliyyətə başlamasına ümid edir.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Daşkənddə keçirilən "xarici ticarət. Mərkəzi Asiya" beynəlxalq sərgisi çərçivəsində dövlət katibi - Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Roman Çekuşov bildirib.

O deyib: "Bu il Azərbaycanda, Sumqayıt şəhərində sənaye parkının istifadəyə verilməsinə ümid edirik. Bu, azərbaycanlı tərəfdaşlarımızla birgə layihənin ilk təcrübəsidir. Əminik ki, bu, Rusiya müəssisələri tərəfindən də tələb olunacaq".


Telegram kanalımız
Seçilən
0
3
yenisabah.az

7Mənbələr