AZ

Premyer Liqa: “Sumqayıt” “Kəpəz”ə, “Qarabağ” “Araz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Öncə “Kəpəz” Tovuzda “Sumqayıt”la üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək.

Bu, sözügedən komandaların 32-ci çempionat görüşü olacaq. Əvvəlki 31 oyunda “Kəpəz” 7, “Sumqayıt” 13 qələbə qazanıb, 11 görüşdə qalib müəyyənləşməyib. “Sumqayıt” son 3 oyunda qol buraxmayıb. “Kəpəz” son 4 matçda qalib gəlməyib.

Turun qapanış matçında isə “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Azərsun Arena”da baş tutacaq görüşün baş hakimi Əliyar Ağayev olacaq.

Əyalət təmsilçiləri daha öncə Premyer Liqada 11 dəfə qarşılaşıblar. Bu görüşlərdə “Qarabağ” 7, “Araz-Naxçıvan” 3 qələbə qazanıb, 1 oyun heç-heçə yekunlaşıb. “Qarabağ” bütün oyunlarda bu rəqibinə qol vurub. “Araz-Naxçıvan” son 3 matçda xal qazanmayıb.

Premyer Liqa
34-cü tur

9 may

“Sabah” – “Şamaxı” 3:1
Qollar: İqor Noqeyra, 12; 72. Pavol Şafranko, 90+3 – Leroy Mikels, 26.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Masazır Arena”, 19:00.

10 may

“Səbail” – “Zirə” 0:1
Qol: Davit Volkov, 90+1.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Kamal Umudlu.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 17:00.

“Turan Tovuz” – “Neftçi” 1:2
Qollar: Rəhim Sadıxov, 16 – Emin Mahmudov, 9. Dembo Darboe, 32.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu, 19:30.

11 may

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Azərsun Arena”, 20:00.

Seçilən
0
2
arena.az

8Mənbələr