AZ

Premyer Liqa: “Səbail” “Zirə”yə, “Turan” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Səbail”lə “Zirə” arasında keçiriləcək. “Bayıl Arena”da baş tutacaq qarşılaşmanı Tural Qurbanov idarə edəcək.

Bu komandalar daha öncə Premyer Liqada 30 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə “Səbail” 4, “Zirə” 20 qələbə qazanıb, 6 görüşdə qalib müəyyənləşməyib. “Səbail” son 8 oyunda qələbə qazanmayıb. “Zirə” son 4 matda qalib gəlib.

Daha sonra “Turan Tovuz” “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək bu görüşün baş hakimi Rəşad Əhmədov olacaq.

Bu, sözügedən klubların milli çempionatdakı 12-ci görüşü olacaq. Əvvəlki 11 oyunda “Turan Tovuz” 1, “Neftçi” 5 qələbə qazanıb, 5 görüş bərabərliklə yekunlaşıb. “Neftçi” son 7 oyunda məğlub olmayıb. Son 3 matç heç-heçə başa çatıb.

Premyer Liqanın 34-cü turunun qalan görüşləri mayın 11-də keçiriləcək.

Premyer Liqa
34-cü tur

9 may

“Sabah” – “Şamaxı” 3:1
Qollar: İqor Noqeyra, 12; 72. Pavol Şafranko, 90+3 – Leroy Mikels, 26.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Masazır Arena”, 19:00.

10 may

“Səbail” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Kamal Umudlu.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 17:00.

“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu, 19:30.

11 may

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.

“Qarabağ”– “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Azərsun Arena”, 20:00.

Seçilən
0
2
arena.az

7Mənbələr