Hindistan və Pakistan arasında silahlı qarşıdurmalar davam etdiyi bir vaxtda, Hindistan Hərbi Dəniz Qüvvələri qərb donanmasını Şimal-Ərəb dənizinə, Pakistanın ən böyük limanı olan Karaçi sahillərinə yaxın məsafəyə yerləşdirib.
KONKRET.az Musavat.com xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, Hindistanın dəniz donanmasının zərbə qrupu artıq döyüş hazırlığı vəziyyətinə gətirilib. Donanmada bir aviadaşıyıcı, esmineslər, fregatlar və sualtı qayıqlara qarşı gəmilər yer alır.
Mənbələr bildirir ki, bir sıra gəmilər BrahMos tipli səsdən üç dəfə sürətli hipersəsli qanadlı raketlərlə silahlandırılıb. Bu raketlərin 800 kilometrə qədər məsafədəki hədəfləri dəqiqliklə vurmaq qabiliyyəti var və onlar Rusiya ilə birgə hazırlanıb.