AZ

İşğalçı Hindistan əsasən Rusiya və İsrail silahlarından istifadə edir


Hindistan son hərbi əməliyyatlarda əsasən arsenalında olanRusiya və İsrail silahları, o cümlədən S-400 hava hücumundan müdafiə sistemləri, Harop pilotsuz təyyarələri və qanadlı raketlərdən istifadə edib. Hindistan ordusu Pakistanın hava hücumlarından müdafiə üçün Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini yerləşdirib. Bu barədə ANI-yə istefada olan aviasiya marşalı Sanciv Kapur məlumat verib. Onun sözlərinə görə, sistemlər Hindistanın 15 şəhərini qorumaq üçün istifadə edilib. O vurğulayıb ki, S-400 təyyarələri, raketləri və pilotsuz təyyarələri aşkar edə bilən, eyni vaxtda bir neçə hədəfi izləyə bilən universal və mobil sistemdir. Kapur bunu Hindistanın ən mühüm müdafiə vasitələrindən biri adlandırıb. 2018-ci ildə Moskva ilə Yeni Dehli arasında 5,4 milyard dollara beş S-400 diviziyasının tədarükü üçün müqavilə imzalanıb. İlk tədarüklər 2021-ci ildə başlayıb. Üç kompleks Çin və Pakistanla sərhəddə yerləşdirilib. ANI-nin məlumatına görə, 2024-cü ildə Hindistan Rusiyadan qalan iki diviziyanın çatdırılmasını sürətləndirməyi xahiş edib. “The Times of India” yazır ki, milli hava hücumundan müdafiə sisteminə İsrail sistemləri və Hindistanın “Akaş” raketləri də daxildir. Middle East Eye-nin məlumatına görə, Yeni Dehli son on ildə İsraildən pilotsuz təyyarələr, raketlər və radarlar da daxil olmaqla 2,9 milyard dollar dəyərində hərbi texnika alıb. Hindistan həmçinin SCALP qanadlı raketləri və Hammer idarəolunan bombalardan istifadə edib. Pakistan da öz növbəsində Çin istehsalı olan raketlərdən istifadə edir və onun F-16 qırıcıları əsasən Amerika silahları ilə təchiz olunub,- bu barədə isə “The War Zone” yazır.

Surxay Əliyev

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr