Hindistan ordusu Pakistanla sərhəddə artan gərginlik səbəbilə ehtiyatda olan hərbi qulluqçuların yenidən xidmətə çağırılması barədə qərar verib. Bu barədə Press Trust of India agentliyi məlumat yayıb.
KONKRET.az xəbər verir ki, Agentliyin yaydığı məlumata görə, Hindistan Silahlı Qüvvələri hazırda ehtiyat qüvvələrinin səfərbər olunmasına başlayıb və bu addım sərhəd xəttində mümkün eskalasiyaya qarşı preventiv tədbir kimi qiymətləndirilir.
Mənbələr bildirir ki, ordu bir neçə bölgədə döyüş hazırlığını artırıb, əlavə təlimlər keçirilir və logistik dəstək gücləndirilir. Rəsmi dairələr vəziyyətin nəzarətdə olduğunu bildirsə də, Hindistan mediası baş verənləri ciddi təhlükə siqnalı kimi dəyərləndirir.
Hazırda Hindistan və Pakistan arasında diplomatik kanallar vasitəsilə gərginliyi azaltmaq cəhdləri davam edir.
Müşviq Tofiqoğlu,
KONKRET.az