HƏMAS-ın hərbi qanadı "Əl-Qəssam briqadası"nın yaraqlıları Rafahda İsrail qüvvələrinə qarşı iki hücum həyata keçirdiklərini və 19 əsgəri öldürdüklərini bildiriblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, HƏMAS rəsmilərinin bildirdiyinə görə, ilk hücum Əl-Tənnur məhəlləsindəki Ömər ibn Əbdül-Əziz məscidi yaxınlığında baş verib. Yeddi əsgərdən ibarət qrupa qarşı partlayıcı qurğudan istifadə edilib.
İkinci halda qırıcılar Əl-Fiday ərazisində 12 nəfərlik mühəndis dəstəsini atəşə tutublar. "Əl-Qəssam briqadası"ndan bildiriblər ki, əsgərlər binaya partlayıcı yerləşdirməyə cəhd edərkən onlara piyada və tank əleyhinə mərmilər atılıb.
Məlumatlar Rəfahda davam edən döyüşlər barədə məlumatlardan sonra yayılıb. Bundan əvvəl HƏMAS da Əl-Cenin bölgəsində və şəhərin digər hissələrində İsrail ordusu ilə "qızğın yaxın döyüşlər" apardığını bildirmişdi.
Musavat.com