AZ

"HƏMAS Qəzza bölgəsində hakimiyyətdən imtina etməyə hazırdır, amma şərti var" - "Əl-Ərəbiyyə"

 
"Qruplaşma ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff üçün ismarıc göndərib..."
 
HƏMAS-a yaxın mənbələr bəyan edib ki, girovlar və Qəzza bölgəsi ilə bağlı danışıqlarda müəyyən irəliləyiş var.
 
Moderator.az xəbər verir ki, bu barədə mənbələr Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına məlumat verib.
 
Onların sözlərinə görə, aparıcı vasitəçilərdən biri - Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani HƏMAS-dan Ağ Evin Yaxın Şərq üzrə nümayəndəsi Stiven Uitkoff üçün nəzərdə tutulan xüsusi bir ismarıc alıb.
 
İddialara görə, həmin ismarıcda HƏMAS İsraillə uzunmüddətli atəşkəsə hazır olduğunu, Qəzza bölgəsində hakimiyyətdən imtina etməyə razı olduğunu və hərtərəfli razılaşma nəticəsində bütün girovları qaytarmağa hazır olduğunu bildirib.
 
Şərtlərə gəlincə, hazırda yalnız bir tələb məlumdur, bu da tam atəşkəsdir. Terrorçular anklavda hakimiyyətdən yalnız müharibədən sonra əl çəkməyə razıdır.
 
Bundan əlavə, mənbələr bildirir ki, Qətər baş naziri tərəflər arasında Qəzza bölgəsində atəşkəsin ikinci mərhələsi üzrə dolayı danışıqları bərpa etmək üçün bütün gücünü sərf edir. HƏMAS-ın ismarıcını Əl-Tani qarşıdakı görüş zamanı Uitkoffa təqdim etməyi planlaşdırır.
 
Xatırladaq ki, İsrail hərbçilərinin qiymətləndirməsinə görə, 7 oktyabr 2023-cü ildən bəri HƏMAS Qəzza bölgəsində 59 israilli girovu saxlayır, onların yarıdan çoxu ölüb.
 
Bundan öncə xəbər verildiyi kimi, girovların azad olunması ilə bağlı danışıqların dalana dirəndiyi bir vaxtda İsrail HƏMAS-a təzyiqi tədricən artırır. Əvvəlcə o, Qəzzaya göndərilən humanitar yardımdan məhrum edilib,  sonra isə Əl-Məvasi ərazisi elektrik enerjisindən kəsilib. 
 
Lakin indi, HƏMAS-ın qeyri-konstruktiv davranış nümayiş etdirdiyi şəraitdə, İsrail ona qarşı ən sərt tədbirlərə keçməyə hazırlaşır. Xüsusilə, əvvəlki razılaşmalar çərçivəsində azad olunmuş terrorçuların yenidən həbs olunması məsələsi gündəmdədir, - bu barədə İsrailin 12-ci televiziya kanalı məlumat verib.
 
Söhbət əsasən İudeya və Samariyada, eləcə də Qüdsün ərəb bölgələrində azad edilmiş keçmiş ərəb məhbuslardan gedir. Görünür, yaxın vaxtlarda onlarla, bəlkə də yüzlərlə keçmiş məhkum eyni vaxtda yenidən həbsxanalara qaytarılacaq. Kütləvi həbslər gözlənilir.
Seçilən
30
13
moderator.az

10Mənbələr