HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Kassam Tuqayları Qəzza zolağının şimalındakı Beyt Hanunda İsrail ordusuna qarşı tələ qurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə KassamTuqayları məlumat yayıb.
İddia olunub ki, şənbə günü Beyt Hanunun şərqində İsrail əsgərlərinə qarşı şərti adı "Qılınc qırma pusqusu" olan əməliyyat həyata keçirilib: ""Storm" markalı zirehli bir hərbi texnika tərəfimizdən pusquya salınaraq vurulub. Nəticədə İsrail əsgərləri arasında ölən və yaralananlar var. Bu, şübhəsizdir. Həmin andan az sonra yaralıları xilas etmək üçün bölgəyə gələn İsrail dəstək qüvvələri də "Telfeziyye 3" tipli piyada əleyhinə partlayıcı ilə vurulub. Bu əməliyyat zaman da İsrail tərfi itkilər verib".
Tahir Şəlvəli
Mia.az