AZ

Avropa Liqası: Finalçılar bəlli oldu

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

KONKRET.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarında “Budyo Qlimt” Norveçdə İngiltərənin “Tottenhem” komandasına 0:2 hesabı ilə uduzub. “Dumanlı Albion”un digər təmsilçisi “Mançester Yunayted” isə evdə İspaniya “Atletik”ini 4:1 hesabı ilə məğlub edib.

İlk görüşdə “Tottenhem” 3:1, “Mançester Yunayted” isə 3:0 hesabı ilə qalib gəldiyi üçün finala vəsiqə qazanıb.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

23:00. “Budyo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) – 0:2

İlk oyun – 1:3.

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya) – 4:1

İlk oyun – 3:0.

Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.

Seçilən
0
8
konkret.az

10Mənbələr