AZ

Avropa Liqası: Finalda ingilislər qarşılaşacaq

UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.

“Hakimiyyet.az ” xəbər verir ki, yarışın yarımfinalında “Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olub. Matç “Mançester Yunayted”in 4:1 hesablı qələbəsi ilə tamamlanıb.

Beləliklə, “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər.

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.

Seçilən
0
19
hakimiyyet.az

10Mənbələr