AZ

Avropa Liqası: Finalçılar bəlli oldu

Ajans.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarında “Budyo Qlimt” Norveçdə İngiltərənin “Tottenhem” komandasına 0:2 hesabı ilə uduzub. “Dumanlı Albion”un digər təmsilçisi “Mançester Yunayted” isə evdə İspaniya “Atletik”ini 4:1 hesabı ilə məğlub edib. İlk görüşdə “Tottenhem” 3:1, “Mançester Yunayted” isə 3:0 hesabı ilə qalib gəldiyi üçün finala vəsiqə qazanıb. UEFA Avropa Liqası Yarımfinal mərhələsi, cavab görüşləri 23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) - 0:2 İlk oyun - 1:3. 23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) - 4:1 İlk oyun - 3:0.

Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.

Seçilən
0
8
Ajans.az

10Mənbələr