AZ

Qaxda silah-sursat aşkarlanıb

Qaxda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Belə ki, Qax rayonunda odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan 2 ədəd "Kalaşnikov" avtomatı, daraqlar, 55 ədəd patron və 1 qumbara aşkarlanıb.

Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
 
 
 

Seçilən
0
12
7news.az

10Mənbələr