AZ

Qaxda silah-sursat aşkarlanıb VİDEO

Qax, 8 may, AZƏRTAC

Qax rayonunda odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan 2 ədəd “Kalaşnikov” avtomatı, daraqlar, 55 ədəd patron və 1 qumbara aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Seçilən
0
12
azertag.az

10Mənbələr