AZ

Qaxda silah-sursat aşkarlandı - FOTO

Qax rayonunda odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan 2 ədəd “Kalaşnikov” avtomatı, daraqlar, 55 ədəd patron və 1 qumbara aşkarlanıb.

Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Seçilən
0
12
avtosfer.az

10Mənbələr