"Real" transfer işlərini davam edir.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu "Liverpul"un futbolçusu İbrahima Konateni heyətinə qatmaq fikrindədir.
Bu, 2026-cı ildə baş verə bilər. Buna səbəb "kral klubu"nun 25 yaşlı müdafiəçini azad agent statusunda transfer etmək istəyidir.
Qeyd edək ki, daha öncə mətbuatda "Liverpul"un digər futbolçusu Trent Aleksander-Arnoldun yay transfer pəncərəsində "Real"a azad agent statusunda keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta