AZ

"Real" "Liverpul" klubunun daha bir futbolçusunu diqqət mərkəzində saxlayır

İspaniya təmsilçisi "Real" İngiltərənin "Liverpul" klubunun daha bir futbolçusunu diqqət mərkəzində saxlayır.

"Report" "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" mersisaydlıların mərkəz müdafiəçisi İbraima Konateni azad agent kimi sıralarına cəlb etməyi düşünür.

25 yaşlı oyunçunun komandası ilə olan müqavilə müddəti 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, ötən gün "Liverpul"un cinah müdafiəçisi Trent Aleksander-Arnold cari mövsümün sonunda başa çatacaq müqaviləsini yenilməyəcəyini açıqlayıb. Onun azad agent kimi "Real"a transfer olunması gözlənilir.

Seçilən
0
29
report.az

10Mənbələr