Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
"Liverpul"un sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager "qırmızılar"ın müdaiəçisi Trent Aleksander-Arnoldun cari mövsümün sonunda komandadan gedcəyini bəyan etməsinə münasibət bildirib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, o, belə danışıb:
"Trent "Liverpul" azarkeşlərinin ona olan sevgisini itirəcək. Əlbəttə, bu sizin karyeranızdır. Azarkeşlərin nə düşündüyünə məhəl qoymaya və "Real"da oynamaq şansından faydalana bilərsiniz. Şans bir dəfə ələ düşür... Mən hansısa "Liverpul" azarkeşinin "Real Madrid"in dünyanın ən böyük klubu olması fikri ilə razılaşmayacağını düşünmürəm. Amma Aleksander-Arnold "Real"da oynamaq naminə azarkeşlərin sevgisini qurban verdi".
Xatırladaq ki, daha öncə sözügedən futbolçunun İspaniya nəhəngi ilə 5 illik müqavilə bağladığı açıqlanıb.
Nihat
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.