Çeçenistan rəhbəri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edib.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə onun özü “Çeçnya Seqodnya” xəbər agentliyinə açıqlamasında bildirib.
Kadırov istefa verə biləcəyi ilə bağlı yayılan xəbərləri belə şərh edib.
Son Yazılar:
- Ramzan Kadırov vəzifəsindən azad edilməsini xahiş ETDİ
- “Əsas istəyi məni evləndirməkdir” – Lalə Şövkətin oğlu
- Müvəqqəti açılan körpüdə təhlükəli vəziyyət
“Mən özüm də vəzifəmdən azad olunmağımı xahiş edirəm. Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, mənim xahişim dəstəklənəcək”, – deyə Kadırov bildirib.
Çeçenistan rəhbəri vəzifədən azad olunmaqla bağlı konkret olaraq kimə müraciət etdiyini açıqlamayıb.