AZ

Kadırov: “Vəzifəmdən azad olunmağımı xahiş edirəm”

Çeçenistan rəhbəri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edir.

Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə onun özü “Chechnya Today” xəbər agentliyinə açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kadırovun səhhəti AĞIRLAŞDI – 17 yaşlı oğlunu hakimiyyətə gətirməyə HAZIRLAŞIR


Kadırov istefa verə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edib.

Nəşrin jurnalistlərinə verdiyi şərhdə Çeçenistan rəhbəri öz varisini də müzakirə edib.

"Mən özüm də vəzifəmdən azad olunmasını xahiş edirəm. Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, mənim müraciətim dəstəklənəcək", - deyə Kadırov bildirib.

Çeçenistan rəhbəri vəzifədən azad olunmaqla bağlı konkret olaraq kimə müraciət etdiyini açıqlamayıb.

Bizim.Media

Seçilən
0
6
bizim.media

6Mənbələr