AZ

Ramzan Kadırov vəzifəsindən azad edilməsini xahiş edib

Çeçenistan rəhbəri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edib.
APA-nın Rusiya bürosu lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə onun özü “Çeçnya Seqodnya” xəbər agentliyinə açıqlamasında bildirib.
Kadırov istefa verə biləcəyi ilə bağlı yayılan xəbərləri belə şərh edib.
"Mən özüm də vəzifəmdən azad olunmağımı xahiş edirəm. Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, mənim xahişim dəstəklənəcək", - deyə Kadırov bildirib.
Çeçenistan rəhbəri vəzifədən azad olunmaqla bağlı konkret olaraq kimə müraciət etdiyini açıqlamayıb.
Seçilən
0
5
sherg.az

6Mənbələr